​Sabah Bibiheybət və Şıx qəsəbələrində su olmayacaq

​Sabah Bibiheybət və Şıx qəsəbələrində su olmayacaq Yaranacaq narahatçılıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir
İnfrastruktur
14 Yanvar , 2015 18:08
​Sabah Bibiheybət və Şıx qəsəbələrində su olmayacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 15-də bütün gün Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, suyun kəsilməsinə səbəb Bakı şəhəri Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsidir.

Yaranacaq narahatçılıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi