Bakı. 29 aprel. REPORT.AZ/
Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib ki, mərhələli şəkildə metronun bütün stansiyalarında reklam lövhələri asılacaq.
"Əvvəldən də demişdik ki, metroda reklamlar bərpa oluna bilər. Ancaq bu reklam vasitələri daha müasir, habelə sərnişinlərin hərəkətinə əngəl törətməyəcək və daha zövqlü vasitələr olmalıdır. Yeni lövhələr köhnələrdən tam fərqli şəkildədir", - deyə o, qeyd edib.
N.Paşayev, həmçinin əlavə edib ki, bir müddətdən sonra elektron tipli və s. kimi başqa reklam vasitələrindən də istifadə olunacaq: "Hazırda reklam vermək istəyənlərin müraciətlərinə baxılır . Normativ sənədlər hazırlanır. Bütün işlər tamamlandıqdan sonra, reklam verən şirkətlə birbaşa "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanmaqla reklam xidməti göstəriləcək".