Xalq artisti insult keçirib, səhiyyə naziri onunla bağlı tapşırıq verib

Xalq artisti insult keçirib, səhiyyə naziri onunla bağlı tapşırıq verib "Reanimasiya şöbəsində yatmasına baxmayaraq, huşu özündədir, anlaqlıdır"
İncəsənət
23 Yanvar , 2015 15:45
Xalq artisti insult keçirib, səhiyyə naziri onunla bağlı tapşırıq verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın sağlıq durumu stabil ağır olaraq qalır.

Bu barədə "Report"a Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nəriman Məmmədov deyib.

Onun sözlərinə görə, xalq artisti bu gün səhər xəstəxanaya beyin-qan dövranının kəskin pozulması diaqnozu ilə daxil olub: "Nuriyyə xanım xəstəxanaya gətiriləndə vəziyyəti yaxşı deyildi. Xalq artisti insult keçirib. Hazırda vəziyyəti stabil ağır olaraq qalır. Reanimasiya şöbəsində yatmasına baxmayaraq, huşu özündədir, anlaqlıdır, danışa və hərəkət edə bilir. İlkin müayinə və müalicəyə başlamışıq. Axşama doğru analizlərinin cavabını alacağıq və həmin cavabdan sonra Nuriyyə xanımın müalicəsi aparılacaq. İnanıram ki, vəziyyətində pisləşmə olmayacaq".

O əlavə edib ki, xalq artistinin vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyevin nəzarəti altındadır. Nazir Nuriyyə Əhmədova ilə bağlı xəstəxana rəhbərliyinə tapşırıq verib.

Xatırladaq ki, Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub.

Son xəbərlər

Orphus sistemi