Azərbaycanlı bəstəkar türkiyəli dramaturqla əməkdaşlığa başlayıb

Azərbaycanlı bəstəkar türkiyəli dramaturqla əməkdaşlığa başlayıb "Yazdığım baletlərin harada və nə vaxt səhnəyə qoyulacağını deyə bilmərəm"
İncəsənət
4 Fevral , 2015 14:18
Azərbaycanlı bəstəkar türkiyəli dramaturqla əməkdaşlığa başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış bəstəkarı, son illər yaradıcılığını Türkiyədə davam etdirən Cavanşir Quliyev bu ölkənin dramaturqu Tuncer Cücenoğlu ilə yeni əməkdaşlığa başlayıb.

T.Cücenoğlu "Qızıl irmaq" adlı nağıl-tamaşasının balet versiyasını yazmağı Cavanşir Quliyevdən xahiş edib.

Bu barədə "Report"a hazırda Bakıda olan bəstəkar özü məlumat verib. O, Bakıya tətillə əlaqədər gəldiyini deyib.

"Türkiyədə işlərim qaydasındadır. Orada nə qədər qalacağımı deyə bilmərəm, amma şərtlər məni qane edir. Təbii ki, Vətənimdə olmağı çox istəyərdim. Məni qane edən şərtlərlə dəvət olunsam, Azərbaycana qayıda bilərəm. Hələlik orada fəaliyyət göstərməyim məqsədəuyğundur. Bu yaxınlarda ilk baletim "Oğuznamə"ni yazıb bitirdim. Hazırda ikinci baletim olan "Nuhun gəmisi"ni yazıram. Bu baletlərin harada və nə vaxt səhnəyə qoyulacağını deyə bilmərəm".

Son xəbərlər

Orphus sistemi