Belarusun rabitə nazirinin Azərbaycana səfəri başlayıb

Belarusun rabitə nazirinin Azərbaycana səfəri başlayıb Bakıda Sergey Popkov azərbaycanlı həmkarı ilə görüşəcək
İKT
31 Mart , 2015 09:51
Belarusun rabitə nazirinin Azərbaycana səfəri başlayıb

Bakı. 31 mart. REPORT.AZ/ Belarusun rabitə və informatizasiya naziri Sergey Popkov Azərbaycana gəlib. 

"Report" Belarusun Rabitə və İnformatizasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfər çərçivəsində qonaq Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla danışıqlar keçirəcək. 

Bundan başqa, nazir rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli münasibətlərin əsas istiqamətlərində maraqlı olan digər rəsmi şəxslərlə də görüşəcək.

Həmçinin Azərbaycan tərəfinin Minskdə keçiriləcək TİBO-2015 beynəlxalq texnologiyalar sərgisində iştirakı məsələsinin müzakirə olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi