​SOCAR-ın torpaq sahələri ilə bağlı məhkəmədə 20 minə yaxın iş var

​SOCAR-ın torpaq sahələri ilə bağlı məhkəmədə 20 minə yaxın iş var Vətəndaşlara onları aldadan bələdiyyə və işbazlarla bağlı məhkəməyə müraciət etmək üçün hüquqi yardım təklif olunur
İnfrastruktur
25 Fevral , 2015 10:04
​SOCAR-ın torpaq sahələri ilə bağlı məhkəmədə 20 minə yaxın iş var

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ona aid torpaq sahələrinin qanunsuz zəbt olunması halları ilə bağlı 20 minə yaxın iddia məhkəmə instansiyalarında baxılır. "Report" xəbər verir ki, bunu SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov deyib.

E.Orucovun sözlərinə görə, məhkəmələr hər ay 500-ə qədər iddianı araşdıracaq: " Hazırda bizim məhkəmələrdə 19 500 iddiamız var. Bu qədər iddianı bir dəfəyə məhkəmədə araşdırmaq mümkün deyil. Ona görə də, məhkəmələrlə razılaşmışıq ki, heç olmasa ayda 400-500 iddiaya baxılsın".

Hüquq İdarəsinin rəisi vətəndaşlara onları aldadan bələdiyyə yaxud başqa işbazlarla bağlı məhkəməyə müraciət etmək üçün hüquqi yardım təklif etdiklərini, lakin əksər hallarda onların bunu qəbul etmədiyini deyib: "Vətəndaşlar bu hüquqi yardımı qəbul etmir. Çünki onların əksəriyyəti əvvəldən bilir ki, hansı torpaqları alır və bu səbəbdən də məhkəməyə müraciət etməyi mənasız hesab edir".

Son xəbərlər

Orphus sistemi