İstanbul-Bakı-İstanbul reysi ikigünlük təxirə salınıb

İstanbul-Bakı-İstanbul reysi ikigünlük təxirə salınıb Buna səbəb İstanbulda hava şəraitinin pisləşməsidir
İnfrastruktur
17 Fevral , 2015 18:30
İstanbul-Bakı-İstanbul reysi ikigünlük təxirə salınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 18 və 19-da Türk Hava Yollarının İstanbul-Bakı-İstanbul istiqamətində gerçəkləşməli olan reyslərindən biri ləğv olunacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata əsasən, fevralın 18-də 13:20-də Bakıya gələn Türk Hava Yolları 332 nömrəli və fevralın 19-da 14:20-də Bakıdan qayıdan 333 nömrəli reyslər İstanbuldakı güclü qar yağışı səbəbindən ləğv olunub.

Qeyd edək ki, ümumilikdə hər gün bu istiqamətdə 8 reys gerçəkləşdirilir, bu müddət ərzində isə yalnız bu reyslər ləğv olunub.

Son xəbərlər

Orphus sistemi