Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edəcək Qəbul iyulun 18-də rayonun Milli Olimpiya Mərkəzində baş tutacaq
İnfrastruktur
14 İyul , 2016 10:10
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 18-də Oğuz rayonunda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda Oğuz, Şəki, Qax rayonlarından vətəndaşlar iştirak edə bilər. 

K.Həsənovla görüşdə yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbul saat 11:00-da Oğuzda yerləşən Milli Olimpiya Mərkəzində baş tutacaq. Qəbula yazılmaq istəyənlər komitənin [email protected] elektron ünvanına yaza bilərlər.

Son xəbərlər

Orphus sistemi