"BakuBus"ın yeni avtobus deposu istifadəyə veriləcək

"BakuBus"ın yeni avtobus deposu istifadəyə veriləcək Qarajda qaz doldurma kompressor stansiyası da fəaliyyət göstərəcək
İnfrastruktur
15 Yanvar , 2016 11:23
BakuBusın yeni avtobus deposu istifadəyə veriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan "BakuBus" MMC-nin yeni avtobus deposu istifadəyə veriləcək.

"Report"un xəbərinə görə, "Koroğlu" metrosu yaxınlığında "BakuBus"ın avtobusları üçün yeni qaraj fəaliyyətə başlayacaq. Şirkətin avtobusları sıxılmış təbii qazla - STQ (CNG - Compressed Natural Gas) işlədiyindən depoda “SOCAR-CNG” MMC tərəfindən STQ stansiyasının tikilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, burada inzibati və xidməti binaların da istifadəyə verilməsi planlaşdırılır. "BakuBus"ın ölkəyə tədarük edəcəyi yeni avtobuslar məhz bu depoda yerləşdiriləcəklər.

İlk STQ - qaz doldurma kompressor stansiyası “BakuBus” MMC-yə məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Stansiya STQ mühərriki ilə təchiz olunan şirkətin istifadəsindəki avtobusları yanacaq ilə təmin edir.

Son xəbərlər

Orphus sistemi