​Bakının əksər küçələrində tıxac var

​Bakının əksər küçələrində tıxac var Əsas yollarda nəqliyyatın ləng hərəkəti qeydə alınıb
İnfrastruktur
23 Sentyabr , 2015 09:28
​Bakının əksər küçələrində tıxac var

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin əksər küçələrində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Koroğlu Rəhimov küçəsi, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti ( 20 Yanvar dairəsi istiqamətində), Afiyəddin Cəlilov küçəsi, habelə Həsən Əliyev küçəsi (Tbilisi pr-ti ilə kəsişmə istiqamətində) və Azadlıq prospektində (Binəqədi rayonu istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində ləngimə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi