Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda müşahidə edilən isti hava şəraiti ilə əlaqədar
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Report"a verdiyi məlumata görə, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.
"Belə ki, iş prosesi əsasən açıq havada olduğundan işçilər 08:00-dan 12:00-dək işləyirlər, 12:00-dan 18:00-dək fasilə elan olunur və 18:00-dan 21:00-dək iş prosesi yenidən bərpa edilir. Belə iş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib", - A.Nəcəfli qeyd edib.