​"Azəryolservis" isti hava ilə əlaqədar təmir işlərini məhdudlaşdırıb

​"Azəryolservis" isti hava ilə əlaqədar təmir işlərini məhdudlaşdırıb Yol təsərrüfatı qurumu isti günlərdə fasilələrlə işləyir
İnfrastruktur
4 Avqust , 2015 13:18
​Azəryolservis isti hava ilə əlaqədar təmir işlərini məhdudlaşdırıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda müşahidə edilən isti hava şəraiti ilə əlaqədar Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC açıq havada təmir-bərpa işlərinin həyata keçirilməsini dayandırıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Report"a verdiyi məlumata görə, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.

"Belə ki, iş prosesi əsasən açıq havada olduğundan işçilər 08:00-dan 12:00-dək işləyirlər, 12:00-dan 18:00-dək fasilə elan olunur və 18:00-dan 21:00-dək iş prosesi yenidən bərpa edilir. Belə iş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib", -  A.Nəcəfli qeyd edib. 

Son xəbərlər

Orphus sistemi