Azərbaycan dəmir yollarında onlayn bilet alışının vaxtı uzadılacaq

Azərbaycan dəmir yollarında onlayn bilet alışının vaxtı uzadılacaq Hazırda 10 gün əvvəldən satışa çıxarılan biletləri yaxın vaxtlarda artıq ay öncə almaq mümkün olacaq
İnfrastruktur
15 Avqust , 2016 13:33
Azərbaycan dəmir yollarında onlayn bilet alışının vaxtı uzadılacaq

Bakı. 15 avqust. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC “ASAN Xidmət"lə müqavilə bağlayıb və gələcəkdə vağzallarda bilet satışı məhz “ASAN Xidmət" üzərindən aparılacaq. "Report" xəbər verir ki, bunu “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olan “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanovun sözlərinə görə, həmçinin, yeni “ASAN Qatar” xidmətinin (qatarlarda "ASAN Xidmət"lərin təklifi) istifadəyə verilməsi planlaşdırılır. 

Qurum rəhbəri bununla yanaşı onlayn bilet satışı zamanı 10 günlük limitin də aradan qaldırıla biləcəyini deyib: “İndi ən tezi qatarın yola düşməsinə 10 gün qalmış onlayn bilet almaq mümkündür. Bu limitin aradan qaldırılmasının tərəfdarıyam. Amma bunu etmək üçün zaman lazımdır. Gəlin bunu “Qorbaçovun yenidənqurma”sı kimi etməyək, sonra “yenidənqırma”ya dönür, hər şey dağılır. Yaxın günlərdə bu limiti 30 günə çatdıracağıq. İnsanlar çox tələsməsin, yaxın 10-15 gün, 1 ayın içində bu məsələ həllini tapacaq”.

Son xəbərlər

Orphus sistemi