​AZAL Rusiyaya yeni aviareys açır

​AZAL Rusiyaya yeni aviareys açır Yeni marşrut üzrə aviabiletin qiyməti hələ məlum deyil
İnfrastruktur
19 Noyabr , 2015 14:31
​AZAL Rusiyaya yeni aviareys açır

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Bakı-Perm-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Sözügedən istiqamətdə aviareyslərə gələn il mayın 20-də start veriləcək və uçuşlar oktyabrın 29-dək davam edəcək.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Bakı-Perm reysləri sərnişin tutumu 94-106 nəfər olan "Embraer-190" tipli təyyarələrlə həyata keçiriləcək.

Bu marşrut üzrə aviabilet satışına başlanılmadığı üçün, qiyməti hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi