​ABŞ Sahil Mühafizəsi Xidmətinin nümayəndələri SOCAR-ın Qara Dəniz Terminalında olub

​ABŞ Sahil Mühafizəsi Xidmətinin nümayəndələri SOCAR-ın Qara Dəniz Terminalında olub Qonaqlara Kulevi terminalında təhlükəsizlik prosedurları haqqında məlumat verilib
İnfrastruktur
6 İyul , 2016 11:45
​ABŞ Sahil Mühafizəsi Xidmətinin nümayəndələri SOCAR-ın Qara Dəniz Terminalında olub

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ-ın Sahil Mühafizəsi Xidmətinin nümayəndə heyəti Gürcüstanın Kulevi limanındakı (Qara dəniz) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara Dəniz Terminalını ziyarət edib. “Report”un terminalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə terminal ərazisində təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə edilib.

İllik hərtərəfli beynəlxalq port təhlükəsizlik proqramı çərçivəsində ABŞ-ın Sahil Mühafizəsi Xidmətinin nümayəndələri Gürcüstan Nəqliyyat Dənizçilik Agentliyinin nümayəndəsi ilə birlikdə mütəmadi olaraq Kulevi və digər limanlara səfər edir.

"Görüşdən sonra ABŞ Sahil Mühafizəsi Xidməti və Gürcüstan Dəniz Nəqliyyat Agentliyinin nümayəndələri terminal və Kulevi limanının özünü ziyarət ediblər. Onlara limanda, terminalda təhlükəsizlik prosedurları haqqında məlumat verilib və onlar burada sahil mühafizəsinin beynəlxalq standartlara uyğun həyata keçirildiyini təsdiq ediblər”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi