Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi
Çingiz Abdullayev "Report"a açıqlamasında deyib ki, oktyabrda filmin təqdimatı olacaq.
Onun sözlərinə görə, filmi kinorejissor, əməkdar incəsənət xadimi Yavər Rzayev çəkib. Filmdə baş rolu -Dronqo obrazını müğənni İlqar Muradov oynayıb: "Film hazırdır. Bir ayadək filmin təqdimat mərasimi olacaq".
Ç.Abdullayev həmçinin bildirib ki, xaricdə iki yeni kitabı çap edilib. Yaxın vaxtlarda həmin kitablar Bakıya gətiriləcək.