Bakı. 4 mart. REPORT.AZ/ Milli Teatr günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında (TXİ) "Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920 - 2016)" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
TXİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans 10 mart - Milli Teatr günündə olacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və TXİ-nin təşkilati dəstəyi ilə keçirilir.
Konfrans bitdikdən sonra ittifaqda Milli Teatr günü qeyd ediləcək.