II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb 2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb.
İncəsənət
21 Aprel , 2024 18:21
II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb. Heykəlin parçası "EgyptAir"in xüsusi reysi ilə çatdırılıb.

Bundan əvvəl ötən ay Misir-ABŞ birgə arxeoloji missiyası Misirin Minya şəhərinin cənubunda aparılan qazıntılar zamanı firon II Ramzesin nəhəng heykəlinin yuxarı hissəsini aşkar edib. Böyük Ramzes kimi də tanınan Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. Heykəlin bütöv ölçüsü onun onilliklər əvvəl qazılmış alt hissəsi ilə birləşdikdə, təxminən 7 metrə çatacaq.

Son xəbərlər

Orphus sistemi