Moskva Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalına hazırlaşır

Moskva Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalına hazırlaşır Festivalın açılışı martın 27-də olacaq
İncəsənət
5 Mart , 2015 10:01
Moskva Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalına hazırlaşır

Bakı. 5 mart. REPORT.AZ/ Martın 27-də Moskvada mərhum maestro Mstislav Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Beynəlxalq Festivalın ilk günündə Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri çıxış edəcək.

VI Beynəlxalq Rostropoviç Musiqi Festivalı aprelin 2-də başa çatacaq.

Qeyd edək ki, festivalın açılışı M.Rostropoviçin doğum gününə təsadüf edir. O, 27 mart 1927-ci ildə Bakı şəhərində anadan olub.

Son xəbərlər

Orphus sistemi