Milli Dram Teatrında Qoqolun "Müfəttiş" komediyası səhnəyə qoyulacaq

Milli Dram Teatrında Qoqolun "Müfəttiş" komediyası səhnəyə qoyulacaq Səhnə əsərinə Novosibirskdən dəvət olunan rejissor Mikayıl Mikayılov quruluş verir
İncəsənət
25 İyun , 2015 12:28
Milli Dram Teatrında Qoqolun Müfəttiş komediyası səhnəyə qoyulacaq

Bakı. 25 iyun. REPORT.AZ/ Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri başlayıb. 

"Report" xəbər verir ki, teatrda N.Qoqolun "Müfəttiş" komediyası səhnələşdirilir. 

Tamaşaya quruluşu rejissor Mikayıl Mikayılov verir. Hazırda Novosibirskdə yaşayan və orada yaradıcılıqla məşğul olan M.Mikayılov bu tamaşaya quruluş vermək üçün Bakıya dəvət edilib.

Hazırda "Müfəttiş" komediyasının gərgin məşqləri gedir. Tamaşanın yeni mövsümdə təhvil verilməsi nəzərdə tutulub.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Rafael Dadaşov, Ramiz Novruz, əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Elxan Quliyev, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Rövşən Kərimduxt və başqaları çıxış edir. 

M.Mikayılov əvvəllər Akademik Milli Dram Teatrında "Xanuma", "Şah və şair" "İlahi oyun" tamaşalarına quruluş verib.

Son xəbərlər

Orphus sistemi