Mənsum İbrahimov 55 illik yubileyində Məcnun kimi səhnəyə çıxacaq

Mənsum İbrahimov 55 illik yubileyində Məcnun kimi səhnəyə çıxacaq Xalq artisti 22 ildir Məcnun obrazını oynayır
İncəsənət
3 Noyabr , 2015 17:46
Mənsum İbrahimov 55 illik yubileyində Məcnun kimi səhnəyə çıxacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, tamaşa teatrın solisti, xalq artisti, Prezident mükafatçısı, professor Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunub.

M.İbrahimov artıq 22 ildir ki, bu tamaşada çıxış edir. Bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları - xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf müqabilləri olub.

Yubiley tamaşasında Mənsum İbrahimovun tərəf müqabili Nəzakət Teymurova olacaq.

Son xəbərlər

Orphus sistemi