Lev Durov vəfat edib

Lev Durov vəfat edib Məşhur aktyor kinoda 200-dən çox rol ifa edib
İncəsənət
20 Avqust , 2015 09:41
Lev Durov vəfat edib

Bakı. 20 avqust. REPORT.AZ/ Rusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Lev Durov vəfat edib.

"Report" xəbər verir ki, aktyor avqustun 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, SSRİ xalq artisti Lev Durov 1931-ci ildə anadan olub. Teatr və kino səhnəsində maraqlı obrazlara imza atıb. Kinoda 200-dən çox rol ifa edən məşhur aktyor rejissor Yuli Qusmanın 1981-ci ildə ekranlaşdırdığı "Qorxma, mən səninləyəm" iki seriyalı bədii filmində San Sanıç obrazını canlandırıb. Filmin ekranlara çıxmasından 30 il sonra "Qorxma, mən səninləyəm 1919" filmi çəkilib. Əvvəlki filmin davamı olaraq çəkilən ekran əsərində Lev Durov köhnə qəhrəmanlarının yeni taleyini canlandırıb. 

Son xəbərlər

Orphus sistemi