İsrafil İsrafilov: "Heç bir vəzifəyə getmək istəmirəm"

İsrafil İsrafilov: "Heç bir vəzifəyə getmək istəmirəm" "Bir istəyim var"
İncəsənət
7 Yanvar , 2016 16:50
İsrafil İsrafilov: Heç bir vəzifəyə getmək istəmirəm

Bakı. 7 yanvar. REPORT.AZ/ "Hazırda istirahət edirəm. Heç bir vəzifəyə getmək istəmirəm". Bunu "Report"a açıqlamasında Akademik Milli Dram Teatrının sabiq direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov deyib.

"Bir istəyim var. Heç kim tərəfindən narahat edilmək istəmirəm", - deyə İ.İsrafilov əlavə edib.

O, mətbuatda barəsində yazılanlara isə münasibət bildirmək istəmədiyini söyləyib.

Xatırladaq ki, İsrafil İsrafilov 2010-cu ildən 2015-ci il dekabrın 30-dək Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb. Mədəniyyət və Turizm Nazirliyi onunla müqavilə müddətini uzatmayıb. Nazirlik Azərpaşa Nemətovla müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi