​Azərbaycan və ABŞ-ın birgə istehsalı olan film Monako kinofestivalında nüfuzlu mükafata layiq görülüb

​Azərbaycan və ABŞ-ın birgə istehsalı olan film Monako kinofestivalında nüfuzlu mükafata layiq görülüb "Qarabağ-Ağdam” futbol komandasına həsr olunmuş film ikinci yeri tutub
İncəsənət
16 Oktyabr , 2015 14:49
​Azərbaycan və ABŞ-ın birgə istehsalı olan film Monako kinofestivalında nüfuzlu mükafata layiq görülüb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Tanınmış amerikalı rejissor və yazıçı Tomas Qoltsun Azərbaycanın “Qarabağ-Ağdam” futbol komandasına həsr olunmuş “On Aggregate” (“İki matçın nəticəsinə görə”) filmi Monako Knyazı Albertin hamilik etdiyi 26-cı Sportel müsabiqəsində ikinci yeri tutub.

"Report" xəbər verir ki, mükafatlar oktyabrın 13-də Şahzadə Pyer Qrimaldi Auditoriumunda keçirilən mərasimdə təqdim olunub. Birinci yerə fransız rejissor Marion Puazonun iranlı sörfer qadınlardan bəhs edən “Into The Sea” (“Üzü dənizə”) filmi layiq görülüb.

Bağlanış mərasimində çıxış edən Tomas Qolts bildirib ki, “On Aggregate” filminin Monako futbol komandasının sahiblərindən Fransa Olimpiya Komitəsinin prezidentinə kimi hamının diqqət mərkəzində olan Avropa miqyaslı bu müsabiqədə final mərhələsinə çıxmış üç filmdən biri olması qürur verir: "Bu mühüm film hələ yolun başlanğıcındadır. Necə deyərlər "yeni ayaq tutur"".

Filmin icraçı prodüseri Fidan Bağırova qeyd edib ki, filmi bir az da təkmilləşdirmək və zirvəyə doğru irəliləmək niyyətindədirlər:

"Zirvə dedikdə Yutada Sundance, Nyu Yorkda Tribeca kimi beynəlxalq festivalları və əlbəttə ki, Berlini nəzərdə tuturuq”.

Müsabiqədə ağır çəkililər arasında boks üzrə dördqat dünya çempionu Evander Holifildin başçılıq etdiyi münsiflər heyətinə digər məşhur idmançılar, həmçinin Fransa Olimpiya Komitəsinin prezidenti də daxil olub. 

Son xəbərlər

Orphus sistemi