Azərbaycan Kazanda keçirilən IX Beynəlxalq müsəlman kino festivalında təmsil olunur

Azərbaycan Kazanda keçirilən IX Beynəlxalq müsəlman kino festivalında təmsil olunur Festival bu gün açılıb və sentyabrın 11-dək davam edəcək
İncəsənət
5 Sentyabr , 2016 22:37
Azərbaycan Kazanda keçirilən IX Beynəlxalq müsəlman kino festivalında təmsil olunur

Bakı. 5 sentyabr. REPORT.AZ/ Tatarıstan Respublikasının Kazan şəhərində IX Beynəlxalq müsəlman kino festivalının açılışı olub.

"Report" xəbər verir ki, kinofestival sentyabrın 11-dək davam edəcək.

Tədbirdə Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Belarus, həmçinin İran, İraq, Banqladeş, Suriya, Çin, eləcə də İspaniya, Fransa, Finlandiya, Norveç və Serbiya ilə yanaşı Azərbaycan da iştirak edir. Festivalda azərbaycanlı rejissorlardan Şamil Əliyevin "Çölçü" və Fariz Əhmədovun "Əriyən ada" filmləri təqdim olunacaq.

Tədbirin açılış günü tamaşaçı və iştirakçılara İran rejissoru Məcid Məcidinin "Məhəmməd – Allahın elçisi" filmi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi