ASAN Könüllüləri Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini səhnələşdirib - FOTO

ASAN Könüllüləri Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini səhnələşdirib - FOTO Gecədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da iştirak edib
İncəsənət
28 Oktyabr , 2015 15:34
ASAN Könüllüləri Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini səhnələşdirib - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ ASAN Könüllüləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərini səhnələşdirib.

“Report” xəbər verir ki, tamaşa Gənc Tamaşaçılar Teatrında nümayiş olunub.

Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Faiq Qasımovun rejissorluğu ilə hazırlanan tamaşada Gəncə “ASAN xidmət” mərkəzinin cari və məzun könüllüləri rol alıb.

Gecədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Cəfər Cabbarlının nəvələri Bəhlul Abbasov, Qəmər Seyfəddinqızı (Cəfər Cabbarlı ev-muzeyinin direktoru) və digər qonaqlar iştirak edib. 

Son xəbərlər

Orphus sistemi