Ağaxan Abdullayev: "Özümü yaxşı hiss edirəm"

Ağaxan Abdullayev: "Özümü yaxşı hiss edirəm" "Bu axşam Muğam Müsabiqəsində iştirak edəcəm"
İncəsənət
2 Mart , 2015 10:21
Ağaxan Abdullayev: Özümü yaxşı hiss edirəm

Bakı. 2 mart. REPORT.AZ/ "Hazırda özümü yaxşı hiss edirəm". Bunu "Report"a açıqlamasında Azərbaycanın xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayev deyib.

"Səhhətimlə əlaqədar Türkiyəyə müayinə və müalicəyə getmişdim. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Səsimdə problemlər var. Amma həkimlər düzələcəyini deyiblər. Bu axşam Muğam Müsabiqəsində iştirak edəcəm. Axı, mən müsabiqədə münsiflər heyətinin üzvüyəm. Bakıda olmadığıma görə, Muğam Mərkəzinə gedə bilmirdim, bu gün inşallah gedəcəm", - A.Abdullayev əlavə edib.

Xatırladaq ki, ötən gün xalq artistinin dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi