Şamaxı Astrofizika Rəsədxanası "Azerspace-1"ə təhlükə yaradan kosmik tullantılar barədə xəbərdarlıq edəcək

Şamaxı Astrofizika Rəsədxanası "Azerspace-1"ə təhlükə yaradan kosmik tullantılar barədə xəbərdarlıq edəcək Bununla bağlı tərəflər arasında razılıq əldə edilib
İKT
15 Aprel , 2016 11:02
Şamaxı Astrofizika Rəsədxanası  Azerspace-1ə təhlükə yaradan kosmik tullantılar barədə xəbərdarlıq edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) mütəxəssisləri ilə görüş keçirilib. Görüşdə kosmosa atılmış kənar cisimlərin “Azerspace-1” peyki üçün yarada biləcəyi risklər, peyklərin trayektoriyalarının kəsişməsi problemi, teleskoplardan istifadə etməklə peyklərin müşahidə edilməsi, onların dəqiq koordinatlarının hesablanması, eləcə də nanopeyklərin hazırlanması və astrofiziki kosmik eksperimentlərə dair müzakirələr aparılıb. 

"Azərkosmos"dan "Report"a daxil olan məlumata görə, görüşdə ŞAR-ın rəsmilərinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiqi sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, görüşdə ölkə üçün kosmik sənayenin inkişafının əhəmiyyəti və Şamaxı Rəsədxanasının kosmik tədqiqatlar sahəsinə verdiyi töhfələr haqda fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərkosmos”la Şamaxı Astrofizika Rəsədxanası arasında “Azerspace-1” peykinə təhlükə yaradan kosmik tullantıların, peyklərin toqquşma riskinin hesablanması və bu haqda “Azərkosmos”un öncədən məlumatlandırılması, həmçinin vaxtaşırı olaraq teleskop vasitəsi ilə “Azerspace-1” peykinin şəkillərinin çəkilməsi və koordinatlarının hesablanmasına dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi