​Müdafiə Nazirliyinə səfərbərliyə hazır olan çoxsaylı şəxslər müraciətlər ünvanlayır - RƏSMİ MƏLUMAT

​Müdafiə Nazirliyinə səfərbərliyə hazır olan çoxsaylı şəxslər müraciətlər ünvanlayır - RƏSMİ MƏLUMAT Nazirlik göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edib
Hərbi
5 Aprel , 2016 16:12
​Müdafiə Nazirliyinə səfərbərliyə hazır olan çoxsaylı şəxslər müraciətlər ünvanlayır - RƏSMİ MƏLUMAT

Bakı. 5 aprel. REPORT.AZ/ “İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər”.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.

Son xəbərlər

Orphus sistemi