​Müdafiə naziri: "Xanımların hərbi xidmətdə göstərdikləri fədakarlıq nümunələri hamımızda hədsiz qürur hissi doğurur"

​Müdafiə naziri: "Xanımların hərbi xidmətdə göstərdikləri fədakarlıq nümunələri hamımızda hədsiz qürur hissi doğurur" Zakir Həsənov Silahlı Qüvvələrdə xidmət edən və çalışan qadınların bir qrupu ilə görüşüb
Hərbi
8 Mart , 2016 11:18
​Müdafiə naziri: Xanımların hərbi xidmətdə göstərdikləri fədakarlıq nümunələri hamımızda hədsiz qürur hissi doğurur

Bakı. 8 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların bir qrupu ilə görüşüb.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, nazir Z.Həsənov Azərbaycan Silahlı Qüvvələrinin bütün qadın heyətini bayram münasibətilə təbrik edib və əminliklə vurğulayıb ki, bu gün ölkənin ordu quruculuğunda Azərbaycan qadınının əhəmiyyətli rolu var.

"Bu gün Silahlı Qüvvələrimizdə bir çox hərbi vəzifələrdə və mülki işlərdə xanımlar məsuliyyət hissi ilə çalışırlar. Onların hərbi xidmətdə əldə etdikləri nailiyyətlər, göstərdikləri fədakarlıq nümunələri çoxdur və bu hamımızda hədsiz qürur hissi doğurur. Əminəm ki, hər zaman olduğu kimi bu gün də Silahlı Qüvvələrdə çalışan, xidmət edən qadınlar dövlətin, xalqın və ordu rəhbərliyinin yüksək etimadını əməli fəaliyyətlərində layiqincə doğruldacaqlar", - deyə müdafiə nazir bildirib.

Z.Həsənov çıxışının sonunda qadınları bir daha təbrik edərək onlara cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

Bayram tədbiri Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri solistlərinin ifasında musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi