Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib Toplantıda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub
Hərbi
15 İyun , 2016 15:30
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Bakı. 15 iyun. REPORT.AZ/ Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib. 

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.
İclas çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə ikitərəfli görüşü də olub.
Görüşdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi