Bakı. 8 sentyabr. REPORT.AZ/ Londonda Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları mövzusunda keçirilən müdafiə nazirlərinin görüşü başlayıb.
"Report" xəbər verir ki, iclasın işində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edəcək.
Görüş zamanı nazirlər əməkdaşlıq məsələlərini və bir sıra ölkələrdə BMT-nin sülhməramlı əməliyyatlarını müzakirə edəcəklər.