Gürcüstanın müdafiə nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Gürcüstanın müdafiə nazirinin Azərbaycana səfərinin tarixi məlum olub Tinatin Xidaşeli Azərbaycanın rəsmi şəxsləri ilə bir neçə görüş keçirəcək
Hərbi
24 Noyabr , 2015 12:58
Gürcüstanın müdafiə nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli 2-3 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Gürcüstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində nazir Azərbaycanın rəsmi şəxsləri ilə bir neçə görüş keçirəcək. Görüşlərdə ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Bakıya səfər edənədək T.Xidaşeli Şimali Amerika və Avropa ölkələrində olacaq.

Son xəbərlər

Orphus sistemi