Bakı. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli 2-3 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində nazir Azərbaycanın rəsmi şəxsləri ilə bir neçə görüş keçirəcək. Görüşlərdə ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Bakıya səfər edənədək T.Xidaşeli Şimali Amerika və Avropa ölkələrində olacaq.