​Bakıda NATO-nun təlim kursları keçirilir

​Bakıda NATO-nun təlim kursları keçirilir “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda keçirilən təlimdə müxtəlif mövzular müzakirə olunur
Hərbi
14 Sentyabr , 2015 15:27
​Bakıda NATO-nun təlim kursları keçirilir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən kurslar sentyabrın 14-də başlayıb və 17-dək davam edəcək. 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən keçirilən təlim kursu “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” adlanır. 

Kurs müddətində NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara “NATO-da hərbi tərəfdaşlıq”, “NATO-nun hərbi siyasəti”, “Strateji kommunikasiya”, “İctimai əlaqələr”, “İnformasiya əməliyyatları doktrinası”, “Psixoloji əməliyyatlar”, “İnformasiyanın təhlili” və s. mövzular barədə məlumatlar verilir.

Son xəbərlər

Orphus sistemi