Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində olub

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində olub Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Aprelin 26-da Qazaxıst
Hərbi
26 Aprel , 2024 17:40
Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində olub

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlara komanda məntəqəsinin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumat verilib.

Daha sonra qazaxıstanlı nümayəndələr Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlara hədiyyələr təqdim edilib.

Son xəbərlər

Orphus sistemi