Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir. İlkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ər
Hərbi
7 May , 2024 10:02
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə Anadolu Ankası - 2024 beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Azərbaycan Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.

Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi