Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.
Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş Bakı Ekspo Mərkəzində keçirilib. Türkiyəli nazir Bakıya bu mərkəzdə keçirilən beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün gəlib.