Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü olub

Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü olub Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb
Hərbi
11 Sentyabr , 2014 13:50
Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub. 

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş Bakı Ekspo Mərkəzində keçirilib. Türkiyəli nazir Bakıya bu mərkəzdə keçirilən beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün gəlib.

Son xəbərlər

Orphus sistemi