Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektə baş çəkib

Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektə baş çəkib Zakir Həsənovu Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müşayiət edib
Hərbi
4 İyul , 2015 11:30
Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektə baş çəkib

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin bir neçə hərbi obyektində olub. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, nazir Zakir Həsənov Latviyanın "Adaji" hərbi bazası, Birgə Hücumun idarə edilməsi terminalı, Partlayıcı Maddələrin zərəsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.

Ziyarət zamanı azərbaycanlı naziri Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.

Səfər iyulun 4-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi