Azərbaycan ​Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirib - FOTO

Azərbaycan ​Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirib - FOTO Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib
Hərbi
4 Aprel , 2015 12:54
Azərbaycan ​Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirib - FOTO

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Hərbi Hava Qüvvələri gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. "Report" Müdafiə Nazirliyinin (MN ) mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim uçuşları Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən keçirilib.

Təlimlərdə iştirak edən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.
Gecə təlimlərində pilotlar silahların tətbiqinin əsas üsulları üzrə atışları yerinə yetiriblər.
Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi