Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə aşağıdakı fəxri adlar verilib:
“Xalq artisti”
Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant
“Əməkdar mədəniyyət işçisi”
İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı
“Əməkdar müəllim”
Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu
“Əməkdar həkim”
Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.