Müğənni Azərinə xalq artisti fəxri adı verilib

Müğənni Azərinə xalq artisti fəxri adı verilib Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb
Hərbi
193
24 İyun , 2015 19:23
Müğənni Azərinə xalq artisti fəxri adı verilib

Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə aşağıdakı fəxri adlar verilib:

“Xalq artisti”

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant

Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”

Həsənova Lalə Sadıq qızı

Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki

Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki

İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

Son xəbərlər

Orphus sistemi