​Azərbaycanla Sloveniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

​Azərbaycanla Sloveniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib İki ölkənin müdafiə nazirlərinin görüşü keçirilib
Hərbi
13 Mart , 2015 12:53
​Azərbaycanla Sloveniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı. 13 mart. REPORT.AZ/ Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Yanko Veber ilə görüşüb.

“Report” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.

Son xəbərlər

Orphus sistemi