Ötən gün Bakıda qətlə yetirilən şəxsin kimliyi məlum olub

Ötən gün Bakıda qətlə yetirilən şəxsin kimliyi məlum olub Faktla bağlı cinayət işi başlanıb
Hadisə
26 Sentyabr , 2014 11:26
Ötən gün Bakıda qətlə yetirilən şəxsin kimliyi məlum olub
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakıda sentyabrın 25-də boğularaq öldürülən şəxsin kimliyi məlum olub. Bakı şəhər Baş Polis İdarəsindən"Report"a verilən məlumata görə, Ağa Nemətulla küçəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Rauf Hacıyev döyülərək və daha sonra boğularaq qətlə yetirilib.

Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 1993-cü il təvəllüdlü Vadim Mixayloviç saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, qətlə yetirilən R.Hacıyev tüfeyli həyat tərzi keçirən şəxs olub.

Son xəbərlər

Orphus sistemi