Xırdalanda partladıcı və qumbaralar tapılıb

Xırdalanda partladıcı və qumbaralar tapılıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Hadisə
29 Mart , 2024 09:31
Xırdalanda partladıcı və qumbaralar tapılıb

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində partladıcı və qumbaralar tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd F-1 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi