Xəzər rayonunda kişi cəsədi tapılıb

Xəzər rayonunda kişi cəsədi tapılıb Xilasedicilər təxminən 20-21 yaşlarında kişi cəsədini aidiyyəti üzrə təhvil veriblər
Hadisə
31 İyul , 2015 21:25
Xəzər rayonunda kişi cəsədi tapılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.

“Report” FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, “Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:41-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi