​Volqoqradda 56 yaşlı azərbaycanlı gənc oğlanı qətlə yetirib

​Volqoqradda 56 yaşlı azərbaycanlı gənc oğlanı qətlə yetirib O, təqsirini etiraf edib
Hadisə
12 Avqust , 2015 06:54
​Volqoqradda 56 yaşlı azərbaycanlı gənc oğlanı qətlə yetirib

Bakı. 12 Avqust. REPORT.AZ/ Avqustun 9-da Volqoqrad vilayətinin Kamışin şəhərində baş verən dava zamanı yerli sakin qətlə yetirilib. Faciədə müqəssir bilinən şəxs hadisə yerindən qaçıb, 29 yaşlı şəhər sakini isə aldığı bıçaq yarasından keçinib.

"Report" xəbər verir ki, cinayət ilə nəticələnən dava Nekrasova küçəsində baş verib.

Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsinin Kamışin şəhəri üzrə İstintaq şöbəsinin rəhbəri Sergey Naumov bildirib ki, növbəti gün, avqustun 10-da Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Volqoqradda cinayəti törətməkdə şübhəli bilinən 56 yaşlı şəxs yaxalanıb. Saxlanılan şəxs əslən Azərbaycandandır.

Hazırda o Kamışin şəhərinə gətirilib. Həmyerlimiz təqsirini boynuna alıb, onun həbs edilməsi barədə məsələyə baxılır.

Son xəbərlər

Orphus sistemi