Bakı. 12 Avqust. REPORT.AZ/ Avqustun 9-da Volqoqrad vilayətinin Kamışin şəhərində baş verən dava zamanı yerli sakin qətlə yetirilib. Faciədə müqəssir bilinən şəxs hadisə yerindən qaçıb, 29 yaşlı şəhər sakini isə aldığı bıçaq yarasından keçinib.
"Report" xəbər verir ki, cinayət ilə nəticələnən dava Nekrasova küçəsində baş verib.
Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsinin Kamışin şəhəri üzrə İstintaq şöbəsinin rəhbəri Sergey Naumov bildirib ki, növbəti gün, avqustun 10-da Rusiya
Hazırda o Kamışin şəhərinə gətirilib. Həmyerlimiz təqsirini boynuna alıb, onun həbs edilməsi barədə məsələyə baxılır.