​Ukraynadan keçən azərbaycanlı yol qəzasına düşərək ölüb

​Ukraynadan keçən azərbaycanlı yol qəzasına düşərək ölüb BMW markalı avtomobil onun idarə etdiyi "Mercedes"ə çırpılıb
Hadisə
2 İyul , 2015 07:53
​Ukraynadan keçən azərbaycanlı yol qəzasına düşərək ölüb

Bakı. 2 İyul. REPORT.AZ/ Ötən gün Ukrayna ərazisindən tranzit kimi istifadə edən Azərbaycan vətəndaşı ağır yol qəzasına düşərək dünyasını dəyişib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Poltavşina ərazisində qeydə alınıb.

Onun idarə etdiyi "Mercedes" markalı avtomobilə əvvəlcə "BMW", ardınca isə "KamAZ" çırpılıb. Güclü zərbə həmyerlimiz üçün ölümcül olub. "BMW"nin qadın sürücüsü və iki uşaq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi